Bloq
Samirə Bayramova
Daha çox oxu
Gürcüstan Respublikasının Marneuli şəhərinin Alget kəndində (Gorarxı) doğulub. Orta təhsilini 1995–2006-illərdə Ayvaz Dursun oğlu Həsənov adında liseydə alıb. 2008–2012 ci illərdə Tbilisi Avropa Universitetində hüquq elmləri üzrə təhsil alıb. Sonra 2015-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin sosial-siyasi elmlər fakultəsinə qəbul olub. 2020–2022-ci illərdə Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitunda dövlət siyasəti üzrə magistratura dərəcəsi alıb. Müxtəlif yerli və beynəlxalq təşkilatlarda çalışıb, mübadilə proqramlarında Gürcüstanı təmsil edib. Gürcüstan azərbaycanlı icmasının sosial, siyasi məsələləri, Gürcüstan cəmiyyətinə və Avro İnteqrasiya istiqaməti üzrə fəaliyyət göstərir. Gürcüstan Xalq Müdafiəçisi ofisinin Tolerantlıq mükafatına layiq görülüb.

Fəqan Abbasov
Daha çox oxu
Fəqan Abbasov əslən Marneulidəndir. 2015-2020-ci illərdə Tbilisi Dövlət Universitetinin Sosial və Siyasi Elmlər fakultəsinin Beynəlxalq Münasibətlər bölməsini bitirib. 2020-2022-ci illərdə isə Gürcüstan İctimai Əlaqələr Universitetində Dövlət İdarəçiliyi üzə magistr təhsili alıb. Təlimçi və analitik olaraq fəaliyyət göstərir.
Azər Musaoğlu
Daha çox oxu
Azər Musaoğlu – 1986-cı ildə Gürcüstanın Qardabani şəhərində doğulub. Orta təhsilini 1993-2004-cü illərdə 3 nömrəli Qardabani orta məktəbində alıb. 2004-2008-ci illərdə Tbilisi Siyasi Akademiyasının Humanitar elmlər fakültəsində ali təhsil alıb. 2018-ci ildən Gürcüstanda Azərbaycan dilində çıxan “Yeni Yol” qəzetinin redaktorudur.
Elnur Nazim
Daha çox oxu
Elnur Nazim 13 iyul 1990-cı il də Qardabani Rayonunda anadan olub. Hüquq üzrə ali təhsillidir. Zaman - zaman dövri mətbuatda, sosial-ictimai-siyasi mövzularda köşə yazıları yazır.
