MƏDƏNİYYƏT

Mirzə Fətəli Axundzadə adına Tbilisi Mədəniyyət Muzeyi - მირზა ფატალი ახუნდოვის სახელობის თბილისის კულტურის მუზეუმი
Mirzə Fətəli Axundzadə adına Tbilisi Mədəniyyət Muzeyi - მირზა ფატალი ახუნდოვის სახელობის თბილისის კულტურის მუზეუმი
Ətraflı

Nəriman Nərimanovun Tbilisi Ev Muzeyi - ნარიმან ნარიმანოვის თბილისის სახლ-მუზეუმი
Muzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur.
2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdı, lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi, ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsində.
Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tbilisidə anadan olmuşdur. O, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri.
Müəllimlik fəaliyyəti
Tiflis quberniyası qəzalarda icma məktəbi açmaq üçün 22 noyabr 1873-cü ildə xüsusi nizamnamə qəbul etdi. 1875-ci ildə Borçalı qəzasında yaşayan azərbaycanlılar üçün icma yolu ilə bir ibtidai məktəb təşkil etmək məqsədilə N. Nərimanov bölgəni gəzir. Heç bir kənd həmin məktəbi qəbul etmir. Yalnız Qızılhacılı maarif orqanlarına xüsusi ərizə ilə müraciət edərək, icma məktəbinin onlara verilməsini xahiş edirlər. 1875-ci il hesabatında Qafqaz təhsil dairəsinin müdiri Neverov yazırdı: "Öz xərci ilə məktəb açmaq arzusunda olan Borçalı qəzasından Qızılhacılı adlı bir müsəlman kəndi də vardır"
Əsərləri
- 1894 — Nadanlıq
- 1895 — "Dilin bəlası" yaxud "Şamdan bəy"
- 1896–1908 — Bahadır və Sona
- 1899 — Nadir şah
- 1909 — Xolera-Vəba
- 1910 — Tibb və İslam
- 1910 — Çaxotka-Vərəm
- 1910 — Ailəmi-nisvan
- Tif və Dizenteriya
- Vərəm
- Traxom
- Həmli arvat
- 1913 — Pir
- 1915 — "Bir kəndin sərgüzəşti" yaxud "Əmi"
Ətraflı

Aşıq Kamandarın ev muzeyini - აშუღ კამანდარის სახლ-მუზეუმი
Aşıq Kamandar Əfəndiyevin ev muzeyi 8 iyul 2021-ci ildə Marneuli rayonunun Kəpənəkçi kəndində Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maddi dəstəyi ilə təmir olunub və açılıb.
Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.
Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir.
O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur.
O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Onun ifasında 34 dastan audio, video kasetlərə yazılmış və sənətsevərlərə çatdırılmışdır.
Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır. Ustadın anadan olmasının 60 və 65 illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökumət səviyyəsində qeyd olunmuşdur.Gürcüstan prezzidentinin fərmanı ilə anadan olmasının 65 illiyi şərəfinə "Şərəf"ordeni verilmişdir.
Aşıq Kamandar 2000-ci il oktyabrın 26-da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Kitabları
"Borçalı laylası"
"Bənövşə"
"Mən ellər aşığı xan Kamandaram"
"Kamandar dünyası"
Haqqında yazılan kitab
“Xan Kamandar”
Ətraflı

Beez Uşaq Teatrı - საბავშვო თეატრ "BEEZ"
Beez Uşaq Teatrı Gürcüstan Azərbaycanlılarının ilk uşaq teatrıdır. Teatrın əsası Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyoru Binəli İslamoğlu tərəfindən 2021-ci ildə qoyulub. O 15 ildir çalışdığı teatrdan işdən çıxarıldıqdan sonra yeni uşaq teatrı yaratmaq ideyası üzərində çalışıb. Sonda balaca aktyorlardan ibarət kollektiv yaratmağa nail olub. Onun şəxsi evinin bir hissəsində fəaliyyət göstərən teatrda hazırda iyirimiyə yaxın balaca aktyor və aktirasalar var. Teatrın əsas məqsədi istedadlı uşaqları kəşf etmək, bu balaca aktyorların özlərini göstərmələri üçün şərait yaratmaq.
Ətraflı

Era teatrı - თეატრი ერა
''Era Teatrı''
Gürcüstan azərbaycanlıları tərəfindən təsis edilmiş ilk və yeganə müstəqil gənclər teatrıdır. Teatr 10 yanvar 2018-ci ildə rəsmi qeydiyyata alınmışdır və fəaliyyətini Tbilisidə davam etdirir. Yaranma və fəaliyyəti 2017-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti “gender bərabərliyi” mövzusunda teatr layihəsi üçün rejissor Anar Rafiqoğlunu dəvət etmişdir. Rafiqoğlunun yazıb səhnələşdirdiyi “Məni bağışla” tamaşası gənclər və ümumilikdə icma tərəfindən böyük maraqla qarşılanmışdır. Bu maraq gələcəkdə teatr yaratmaq fikrini reallaşdırmaq üçün zəmin yaratmışdır.
2018-ci ilin yanvarında Anar Rafiqoğlu və Rabil İsmayıl tərəfindən “Era” adı ilə rəsmi qeydiyyatdan keçirilən teatr, qısa zamanda Tbilisidə təqdim olunan xeyriyyə tamaşaları, Marneuli və Bolnisiyə edilən qastrol səfərləri ilə tanınmışdır. 2019-cu ildə teatr Yaşılay təşkilatının dəstəyi və TİKA-nın maliyyə yardımı ilə narkomaniya əleyhinə “Bu yolun son stansiyası” layihəsini reallaşdırmış, Tbilisi ilə yanaşı Batumi, Qardabani, Marneuli və Bolnisidə qastrol səfərlərinə çıxmışdır.
Pandemiya dövrü COVID-19 pandemiyası teatrın fəaliyyətini məhdudlaşdırsa da, kollektiv dağılmamış, əksinə “Era qısa film müsabiqəsi” adlı təşəbbüslə ondan artıq gənci öz qısa filmlərini təqdim etməyə həvəsləndirmişdir. 2020–2021-ci illərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Aktyorluq, teatr və kino” kursları keçirilmiş, 27 məzun sertifikatla təltif olunmuşdur. 2021-ci ilin sonunda pandemiya qaydalarının yüngülləşməsi ilə teatr “Cənnətdən gələn məktub” tamaşasını təqdim etmiş, lakin maliyyə dəstəyinin kəsilməsi səbəbi ilə məşq və görüşlərin keçirildiyi məkanını itirmişdir. Buna baxmayaraq, kollektiv küçə, park və ev şəraitində tamaşalar səhnələşdirməyə davam etmişdir; 2022-ci ildə “Bir dəlinin gündəliyi”, 2023-cü ildə isə “İçimdəki həbsxana” tamaşaları nümayiş olunmuşdur. “İçimdəki həbsxana” tamaşasının xərclərini teatr üzvü İdris Elnuroğlu öz vəsaiti hesabına qarşılamışdır. Bu müddətdə yaradıcı heyət heç bir maaş və qonorar almadan, tamamilə könüllülük əsasında çıxış edərək teatrın fəaliyyətini davam etdirmişdir.
Yenidən dirçəliş 2024-cü ildə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi teatrın uzunmüddətli məkan problemini həll etmiş, “Komando” tamaşası da məhz səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə səhnələşdirilmişdir. Həmin il Qafqaz Universitetinin dəstəyi ilə “Zoopark əhvalatı” səhnələşdirilmişdir. 2025-ci ildə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə “Qaranlıq xətt” tamaşası Marneuli və Qardabaniyə qastrol səfərlərinə aparılmışdır. “Zoopark əhvalatı” isə Siqnaxi Beynəlxalq Teatr Festivalında nümayiş etdirilmişdir. Hazırda teatr Anar Rafiqoğlunun rejissorluğu ilə Viktor Hüqonun “Edama məhkumun son günü” əsəri üzərində işləyir.
Repertuar Məni bağışla (2017)
Müəllif və rejissor: Anar Rafiqoğlu
Bu yolun son stansiyası (2019)
Müəllif və rejissor: Anar Rafiqoğlu
Cənnətdən gələn məktub (2021)
Müəllif və rejissor: Anar Rafiqoğlu
Bir dəlinin gündəliyi (2022)
Müəllif: Nikolay Qoqol; rejissor: Anar Rafiqoğlu
İçimdəki həbsxana (2023)
Müəllif və rejissor: Anar Rafiqoğlu
Komando (2024)
Müəllif və rejissor: Anar Rafiqoğlu
Zoopark əhvalatı (2024)
Müəllif: Edvard Albi; rejissor: Anar Rafiqoğlu
Qaranlıq xətt (2025)
Müəllif və rejissor: Anar Rafiqoğlu
Rəhbərlik
Bədii rəhbər: Anar Rafiqoğlu
Direktor: Elnur Vəlizadə
İdarə heyətinin sədri: İdris Elnuroğlu
4 Rome Street, Tbilisi, Georgia
557 31 35 01
erateatri@gmail.com
Ətraflı
